Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-05 08:50:22
Mingəçevirdə uşaq bağçasında yanğın olub

Mingəçevirdə uşaq bağçasında yanğın olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, Mingəçevir şəhərində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağının döşəməsi 40 m² sahədə və sahəsi 40 m² olan otağın döşəməsi 20 m² sahədə yanıb.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.