Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-05 13:03:09
Alim vəfat etdi

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Planetlər və kiçik səma cisimləri” şöbəsinin rəhbəri, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi dünyasını dəyişib.

 

ŞAR-dan AzEdu.az-a verilən məlumata görə, elm xadimi avqustun 4-də uzunsürən xəstəlikdən vəfat edib.

 

Qeyd edək ki, Ətayi Ədalət Əbülfət oğlu 1951-ci ilin 15 avqust tarixində Goranboy rayonunun Naftalan qəsəbəsində anadan olub. Alim 70-dan çox elmi əsərin və 100-ə yaxın elmi-kütləvi məqalələrin, o cümlədən bir sıra digər kitabların müəllifidir.