Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-06 08:53:36
Suraxanıda 19 yaşlı gənci avtomobil vurub

Bakının Suraxanı rayonunda 19 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

 

AzEdu.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 2005-ci il təvəllüdlü Əsədov Xəyal Zahid oğlu yolu keçərkən avtomobil onu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.