Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-07 10:34:14
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı "Açıq qapı" günü keçirilir

Xəbər verdiyimiz kimi, Türkiyə-Azərbaycan Universiteti (TAU) tələbə qəbulu elan edir.

 

AzEdu.az xəbər verir ki, abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisaslarını seçə bilərlər.

 

TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti (ODTÜ), İstanbul Tekniki Universiteti (İTÜ) və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi cəlb olunub.

 

Qeyd edək ki, TAU ilə bağlı AzTU-da "Açıq qapı" günü keçirilir. Abituriyentlər "Açıq qapı" günündə iştirak etməklə TAU ilə əlaqədar onları maraqlandıran bütün suallara cavab tapa bilərlər.

 

"Açıq qapı" günü hər gün (şənbə və bazar daxil) 09:00-dan 18:00-a qədər davam edir.

 

Ünvan: AzTU, Hüseyn Cavid pr. 25