Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-12 09:00:05
“Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi genişləndirilib

Hazırda ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir.

 

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

 

Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər. Səyyar Abituriyent Məsləhət Mərkəzlərinin iş qrafiki və ünvanları haqqında keçiddən tanış ola bilərsiniz.

 

Rayon Təhsil Sektorlarında fəaliyyət göstərən Səyyar Abituriyent Məsləhət Mərkəzləri

Abituriyent Məsləhət Mərkəzlərinin ünvanları