
UNEC Mühəndislik sahəsində ən tələb olunan ixtisaslar üzrə geniş seçim təklif edir.
Bu barədə AzEdu.az-a Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) məlumat verilib.
Universitetdən bildirilib ki, ən müasir texnologiyalar və cihazlarla təchiz olunmuş Aziz Sancar adına “Qida təhlükəsizliyi”, “Qida kimyası və mikrobiologiya”, “Qida texnologiyaları”, “Ekologiya” laboratoriyalarında siz elmi və praktiki biliklərinizi artıraraq, mühəndislik sahələrinin tələblərinə uyğun bilik və bacarıqlara sahib olma şansı qazanacaqsınız.
Mühəndislik ixtisasları:
- Qida mühəndisliyi
- Qida mühəndisliyi (Ege Universiteti ilə ikili diplom)
- Materiallar mühəndisliyi
- Ekologiya mühəndisliyi
- Sənaye mühəndisliyi
- Elektrik və elektronika mühəndisliyi
- Maşın mühəndisliyi