Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-16 12:29:51
Lisey və gimnaziyalara sənəd verənlərin diqqətinə!

Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə qəbul aparılıb. Avqustun 9-dan başlayaraq valideyn və ya qanuni nümayəndə tərəfindən şagirdlərin qəbul olunduğu təhsil müəssisələrinə sənədlər təqdim edilib.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, avqustun 16-sı saat 15:00-dək sənədləri lisey və ya gimnaziyalara təqdim edilməyən şagirdlərin qəbulu etibarsız sayılacaq və sorğuları silinəcək.

 

Lisey seçimlərinin ikinci mərhələsi avqustun 19-da başlanacaq