Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-19 11:11:32
DİA-nın məzunu Dövlət Proqramı ilə Nyu-York Universitetinə qəbul olub  

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) məzunu Səkinə Əlizadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüdlə ABŞ-ın Nyu-York Universiteti Tandon Mühəndislik Məktəbində kompüter mühəndisliyi ixtisası üzrə magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb.

 

Bu barədə AzEdu.az-a DİA-dan məlumat verilib.

 

Səkinə Əlizadə 2020-2024-cü illərdə Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində kompüter elmləri ixtisası üzrə təhsil alıb və bakalavriat təhsilini fərqlənmə diplomu ilə bitirib.