Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-19 22:26:00
İlin ilk Super Ayı müşahidə olunmağa başlayıb

Bu gün 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunmağa başlayıb.

 

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzEdu.az-a verilən xəbərə görə, bu gün Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünəcək və bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 km olacaq. Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür.

 

Məlumatda qeyd edilib ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.