_309.jpg)
UNEC-in 53 məzunu Dövlət Proqramının qalibi olub.
Bu barədə AzEdu.az-a Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) məlumat verilib.
Bildirilib ki, 2024/2025-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın nəticələri açıqlanıb.
Nəticələrə əsasən, UNEC-in 53 məzunu dünyanı aparıcı universitetlərində (University of Washington, University of Chicago, UCL ABŞ, İmperial College London, University of Warwick, London School of Economics and Political Science, University of Glasgow, Cardiff University, University of Edinburgh, University of Leicester, University of Manchester, University of Birmingham, University of Illinois at Urbana- Champaign, University of Minnesota, University of Maryland, Texas A&M University, University of Minnesota, University of Bologna, National University of Singapore) təhsil almaq hüququ qazanıb.
Qeyd edək ki, məzunlardan 10 nəfər ABŞ, 41 nəfər Birləşmiş Krallıq, 1 nəfər İtaliya, 1 nəfər isə Sinqapurun nüfuzlu universitetlərinə qəbul olub.