Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-21 12:25:52
Faciəvi şəkildə həyatını itirən məktəbli - FOTO

Xəbər verdiyimiz kimi, Beyləqanın Yeni Mil kəndindən keçən su kanalında batan 9 yaşlı uşağın meyiti tapılıb.

 

AzEdu.az-ın məlumatına görə, 2015-ci ildə anadan olan İbrahimov Əhməd Cavid oğlu elə həmin kənddəndir.

 

O, kənd orta məktəbinin şagirdi olub. Məlumata görə, hadisə avqustun 19-da axşam saat 20-21 radələrində baş verib.

 

Axşam tərəfi uşağın qayıtmadığını görən ailə polisə məlumat verib. Gecə boyunca axtarışlar davam edib. Azyaşlının cəsədi ötən gün günorta saatlarında tapılıb.

 

1372777