Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-23 15:32:00
BMU məzunu Koreya Universitetinə tam təqaüdlə qəbul olub

Bakı Mühəndislik Universitetinin (BMU) kimya müəllimliyi ixtisasının builki məzunu Xədicə Abdullazadə Cənubi Koreyanın top 3 universitetindən biri olan Koreya Universitetinin magistraturasına qəbul alıb.

 

Bu barədə AzEdu.az-a BMU-dan bildirilib. Qeyd olunub ki, BMU məzunu təhsilini bu universitetin fiziki kimya ixtisasında tam təqaüdlə (təhsil haqqı, aylıq təqaüd və aviabiletlər daxil) davam etdirəcək.

 

Xədicə Abdullazadə 2020-ci ildə BMU-ya 616,9 balla qəbul olub. 2024-cü ildə universitetin bakalavriat səviyyəsini ixtisas birincisi olaraq bitirib.

 

Qeyd edək ki, 1905-ci ildə qurulan Koreya Universiteti bu ölkənin, eləcə də dünyanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biridir.