Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-24 10:37:34
“YAP-ın namizədlərinə səs verək!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Şabran rayonunun Ağalıq, Təzəkənd, Söhbətli, Daşlıyataq, Dağbilici və Mumlu kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşləri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov vurğulayıb ki, YAP-ın tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir: “Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən YAP ilə bilavasitə bağlıdır”.

 

M.Balabəyov deputatlığa namizəd Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.

 

Çıxış edən deputatlığa namizəd M.Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, YAP-ın çoxşaxəli fəaliyyəti ölkədaxili ictimai-siyasi münasibətlərdə fəal iştirakla məhdudlaşmır, eyni zamanda, beynəlxalq məzmun, xarakter və əhəmiyyət daşıyır. M.Süleymanlı qeyd edib ki, YAP-ın arxada qoyduğu möhtəşəm 32 ilə yaxın dövrə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli siyasi təşkilat olmaqla Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisidir.