Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-26 14:48:09
Bu tarixdən şagirdlərin yerdəyişməsi prosesi dayandırılacaq  

Şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 30 avqust saat 18:00-da dayandırılacaq.

 

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

 

Qeyd edək ki, yerdəyişmə prosesinə II – IX və XI sinif şagirdləri üçün avqustun 8-i saat 15:00-dan, X siniflər üçün isə avqustun 15-i saat 15:00-dan etibarən başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.