
2024-08-26 17:42:36
Xarici ali təhsil sənədlərinin leqallaşdırılması ilə bağlı vacib məqam
Tanınma üçün təqdim edilən xarici ali təhsil sənədlərinin leqallaşdırılması ilə bağlı vacib məqam.
AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 2.6-cı bəndinə əsasən tanınma üçün təqdim olunan ali təhsil sənədləri (diplom və ona əlavə transkript) “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın (Haaqa Konvensiyası) tələblərinə uyğun olaraq sənədi təqdim edən ölkənin səlahiyyətli qurumu tərəfindən apostil şəhadətnaməsi (möhürü) ilə təsdiq olunmalıdır.
Həmin Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil şəhadətnaməsi (möhürü) sənədi imzalamış səlahiyyətli şəxsin imzasının həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.
Konvensiyanın müvafiq əlavəsinə əsasən, apostil şəhadətnaməsinin (möhürü) 2-ci bəndində sənədi imzalamış şəxsin adı və soyadı, 3-cü bəndində vəzifəsi, 4-cü bəndində isə həmin sənədə vurulmuş möhürün aid olduğu müəssisənin adı qeyd olunmalıdır.
Apostil şəhadətnaməsi (möhürü) tanınma üzrə müraciətlər zamanı təqdim olunan təhsil sənədlərinin yalnız əslinə vurulmalı və sənədi imzalamış yüksək səlahiyyətli şəxsin imzası təsdiq olunmalıdır. Sənədlərin “əsli ilə düzdür”, həmçinin notarial qaydada təsdiq olunmuş nüsxələrinə vurulmuş apostil şəhadətnaməsi (möhürü) qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün icraata götürülmür.
Bu bölməyə aid digər xəbərlər
MDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib
2024-09-12 08:51:50
BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb
2024-09-11 16:35:26
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb
2024-09-11 11:04:32
EY şirkəti UNEC-də tələbələr üçün təlimlər keçib
2024-09-11 10:40:39
LDU yeni tədris ilinə ürəkaçan yeniliklərlə başlayır
2024-09-11 10:22:21
ADNSU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb
2024-09-11 09:10:50
Baş nazir daha 5 universitetlə bağlı yeni qərar verdi
2024-09-11 09:07:46
ADNSU-da əməkdaşlıq əlaqələri ilə bağlı müzakirə keçirilib
2024-09-10 17:29:08
Kəndlərdə bu fənlər üzrə vakansiyalar BOŞDUR
2024-09-10 13:15:41
İllik təhsil haqları niyə artırılıb? - Rəsmi AÇIQLAMA
2024-09-10 08:48:06