Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-27 08:50:00
“Tarixdə bu gün” - 27 avqust necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

27 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

27 avqust beynəlxalq boks günüdür.

 

27 avqust 1991-ci ildə Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə Leninin şəhərin mərkəzi meydanındakı heykəli sökülüb:

 

Onun adını daşıyan meydanın adı dəyişdirilərək “Azadlıq meydanı” adlandırılıb

 

27 avqust 1998-ci ildə görkəmli kinorejissor, Xalq artisti Tofiq  Tağızadə (7.2.1919 – 1998) vəfat edi:

 

Filmləri: “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “O dünyadan salam” və s.

 

27 avqust 1921-ci ildə yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov) Xızıda doğulub:

 

O, adı sənin, dadı mənim”, “Aydınlığa doğru” və s. pyeslərin, “Bahar оğlu”, “Məşəl” kitablarının müəllifidir. “Kirpi” jurnalının baş redaktoru olub.

 

27 avqust 1922-ci Türk ordusu yunan işğalı altındakı Afyonu xilas etdi.