Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-27 15:14:30
Seçkilərdə ilk dəfə səs verəcək şəxslərin sayı açıqlanıb  

Milli Məclisə seçkilərdə ilk dəfə səs verəcək şəxslərin sayı 51 min 141 nəfərdir.

 

AzEdu.az xəbər verir ki, bunu Report-a müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

 

R.Qasımov bildirib ki, ilk dəfə səs verən seçicilərin seçkilərdə iştirakı təqdirəlayiq bir məqamdır:

 

"MSK başda olmaqla bütün seçki komissiyaları əlindən gələni edir ki, onlar həmişə seçki prosesinə maraq göstərən seçicilər olaraq formalaşsınlar və seçkilərdə mütəmadi iştirak etsinlər. Seçki günü - sentyabrın 1-də 374 şəxsin 18 yaşı tamam olur və onlar məhz həmin gün səsvermə hüququ əldə edəcəklər. MSK-nın sözügedən gənclər üçün də xüsusi layihəsi var. Çalışırıq ki, onlar həmin günü xoş və qürurverici bir xatirə kimi daim yadda saxlasınlar".

 

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.