Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-29 14:39:23
Ötən il Azərbaycanda qeydə alınan ana və körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda 531 körpə ölü doğulub.

 

AzEdu.az Report-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib.

 

Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 837 döl təşkil edib. Perinatal ölümün əmsalı isə hər 1 000 nəfər diri və ölü doğulana 16,2 nəfər olub.

 

Bundan başqa, həmin müddətdə 7 günədək ömür sürən körpə sayı 1 306-dir.

 

Həmçinin ölkədə ötən il üzrə 2 min 39 bir yaşadək körpə ölümü baş verib və bunun 1317-si şəhər, 722-si isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 2 min 395 olub ki, bunun da 1329-u oğlan, 1066-sı qızdır.

 

Eyni zamanda ötən il Azərbaycanda 33 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.

 

Məlumat üçün bildirək ki, 2022-ci ildə ana ölümlərinin sayı 18 olub.