
2024-08-29 15:29:08
Qarabağ Universitetinin kafedra müdiri beynəlxalq konqresdə çıxış edib
Qarabağ Universitetinin Filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfzadə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Böyük əcdadların mirası Üçüncü intibahın əsasıdır” mövzusunda VIII Beynəlxalq konqresdə iştirak edib.
Bu barədə AzEdu.az-a Qarabağ Universitetdən məlumat verilib.
Bildirilib ki, Əzizağa Nəcəfzadə konqresin “Elm və maarif islam sivilizasiyasının əsası kimi” adlı bölmə iclasında “Qarabağda təhsil və maarifin inkişafı tarixindən: məktəblərdən universitetədək (XVIII-XXI əsrlər)” adlı məruzə ilə çıxış edib. Çıxış zamanı Qarabağın təhsil tarixi, hazırkı inkişaf perspektivləri, eləcə də yeni tədris ili ilə bağlı prioritet məsələlərə toxunulub.
Dosent həmçinin Özbəkistan Dövlət Televiziyasına da geniş müsahibə verib. Müsahibədə Özbəkistan–Azərbaycan mədəni əlaqələrinin tarixi, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkilib.
Qeyd edək ki, beynəlxalq konqresdə 30 ölkədən dünyaca məşhur 300-ə qədər alim, 54 muzey və kitabxana, 5 universitet və 5 nəşriyyatın rəhbər heyəti iştirak edib.
Bu bölməyə aid digər xəbərlər
21 yaşlı tələbə qəfil öldü
2024-09-12 09:04:33
Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı ölüb
2024-09-11 17:21:00
Azərbaycan gəncləri WorldSkills yarışlarında iştirak edirlər
2024-09-11 11:52:54
Bu universitetin əməkdaşlarının maaşları 30% ARTIRILACAQ
2024-09-10 17:40:00
Universitetlərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb
2024-09-09 18:02:33
Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı
2024-09-09 10:01:17
Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
2024-09-09 08:51:18
14 yaşlı qızı avtomobil vurub
2024-09-08 09:24:14
13 yaşlı sərnişin yol qəzasında ölüb
2024-09-07 16:03:47
“5 saniyə geciksəydim...” - Körpəni xilas edən maşinist
2024-09-06 14:59:47