
2024-08-30 09:50:04
Xaricdə təhsil alacaq tələbələrlə görüş keçirilib
Avqustun 28-i Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstan, Çin və Qazaxıstanda təhsil almaq hüququ qazanan tələbələrlə onlayn görüş təşkil edilib.
Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova, Azərbaycanın Macarıstandakı Səfirliyinin konsulu Samir Musayev, EATDA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müjdat Həsənov, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP), Azərbaycan-Macarıstan Məzunları İctimai Birliyi (AHAU), Azərbaycan-Çin Məzunları Assosiasiyasının (ACAA) İdarə Heyətinin üzvləri və digər qonaqlar iştirak ediblər.
Görüş zamanı Agentliyin direktoru Ülkər Səttarova ölkə rəhbərliyi tərəfindən gənclər üçün yaradılan xaricdə təhsil imkanlarından, təqaüd proqramlarının icrasının tələbələrin təhsilinə töhfəsindən bəhs edib.
Daha sonra Azərbaycanın Macarıstandakı Səfirliyinin konsulu Samir Musayev tələbələri konsulluq məsələləri və Macarıstana səfər zamanı diqqət etməli olduqları vacib məqamlar haqqında məlumatlandırıb. O, həmçinin Səfirliyin Macarıstanda təhsil alan tələbələrlə əməkdaşlıq sahəsindəki rolunu vurğulayıb.
Görüşün sonunda tələbələr təqaüd proqramları ilə bağlı fikirlərini bölüşüb, eləcə də onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 2024-2025-ci tədris ili üçün HTP çərçivəsində Rumıniya, Rusiya (“MGIMO”), Tacikistan, Türkiyə (YTB-doktorantura və tədqiqat) və Slovakiyada təhsil almaq üçün namizədliyi irəli sürülmüş şəxslərin nəticələri yaxın həftələrdə açıqlanacaq.
Bu bölməyə aid digər xəbərlər
21 yaşlı tələbə qəfil öldü
2024-09-12 09:04:33
Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı ölüb
2024-09-11 17:21:00
Azərbaycan gəncləri WorldSkills yarışlarında iştirak edirlər
2024-09-11 11:52:54
Bu universitetin əməkdaşlarının maaşları 30% ARTIRILACAQ
2024-09-10 17:40:00
Universitetlərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb
2024-09-09 18:02:33
Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı
2024-09-09 10:01:17
Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
2024-09-09 08:51:18
14 yaşlı qızı avtomobil vurub
2024-09-08 09:24:14
13 yaşlı sərnişin yol qəzasında ölüb
2024-09-07 16:03:47
“5 saniyə geciksəydim...” - Körpəni xilas edən maşinist
2024-09-06 14:59:47