
2024-09-02 14:24:24
Oğlu az bal topladı, ata onu məhkəməyə verdi
Bakıda ata qəbul imtahanlarında az bal toplayan oğlu barəsində polisə şikayət edib.
AzEdu.az xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.
Belə ki, oğlundan şikayət edən atanın özü barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub, iş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, 1980-ci ildə Füzuli rayonunda doğulan V.B. şikayəti içkili halda edib. Belə ki, V.B -nın oğlu bu il ali məktəbə imtahan verib, lakin bal toplaya bilməyib. Bir neçə il hazırlıq üçün müəllimlərə pul ödəməsinə baxmayaraq, oğlunun imtahanda ümumiyyətlə bal toplamaması atanı möhkəm əsəbiləşdirib və buna görə bir neçə dəfə övladını danlayıb.
Hadisənin səhəri gün içkili halda evə gələn ata oğlunun mobil telefonla oynadığını görüb və yenidən ona əsəbiləşib. Bu zaman aralarında mübahisə yaranıb. V.B. 102 zəng xidmətinə zəng edərək oğlu barəsində tədbir görülməsini tələb edib.
Hadisə yerinə polis gəldikdən sonra V.B. səhv etdiyini başa düşüb və səs-küy salmağa başlayıb. Məhkəmədə buna görə özünü təqsirli bilib.
Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 200 manat cərimələnib.
Bu bölməyə aid digər xəbərlər
Məktəb direktorunun müsadirə edilmiş əmlakı geri qaytarıldı
2024-09-11 16:40:05
Yol polisindən yeni tədris ili ilə bağlı əhaliyə MÜRACİƏT
2024-09-11 13:26:59
Saatlıda məktəb açılışı olub
2024-09-10 13:22:38
“Maydan sonrakı 2 həftədə məktəblərdə səmərəlilik düşür”
2024-09-10 12:20:16
İşğaldan azad olunmuş ərazilərdə 10 məktəb fəaliyyətə başlayacaq
2024-09-10 11:47:29
Ötən tədris ilində 12 məktəbə direktor təyin olunub
2024-09-10 11:45:07
Mütəxəssis: Məktəb çantasının ağırlığı uşağın çəkisinin 10 faizindən çox olmamalıdır
2024-09-10 11:43:19
Naxçıvan şahmatçıları Bitlisdəki festivalda uğurlu çıxış ediblər
2024-09-09 16:05:06
NİİM yeni tədris ili ilə bağlı müraciət edib
2024-09-09 10:09:00
Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
2024-09-08 15:04:35