Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-09-02 15:27:54
Elm və Təhsil Nazirliyinə 67 202 vətəndaş müraciəti daxil olub

Müraciətlərin 45 193-ü çağrı mərkəzləri, 634-ü sosial media, 7 334-ü "WhatsApp" vasitəsilə, 2 497-si elektron, 1 401-i yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 10 143 müraciət qeydə alınıb.  
 

AzEdu.az xəbər verir ki, müraciətlər məktəbəqədər təhsil müəssisələrinə qəbul, tələbə köçürülməsi, ali təhsil müəssisələrinə qəbul, direktorların işə qəbulu və digər məsələlərlə bağlı olub.