Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-09-09 11:51:25
BMU-da növbəti TOEFL iBT imtahanı keçirilib

2024-cü il sentyabrın 7-də Bakı Mühəndislik Universitetində (BMU) növbəti  TOEFL iBT imtahanı təşkil olunub. İmtahanda 15 nəfər iştirak edib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, iştirakçılar yekun nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə imtahandan 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

BMU xarici ölkələrdə təhsil almaq üçün tələb olunan dil və bacarıqların qiymətləndirilməsi ilə əlaqədər beynəlxalq imtahanların təşkilində uğurlu təcrübəyə malikdir. Universitetdə  TOEFL iBT ilə yanaşı, GRE və SAT beynəlxalq imtahanları da təşkil olunur.

 

Cari ilin qarşıdakı dövrü ərzində  keçirilməsi nəzərdə tutulan imtahanlarla bağlı hər hansı  əlavə məlumat almaq üçün [email protected] və ya [email protected] email adreslərinə müraciət edə bilərsiniz.