
2024-09-09 12:34:04
“TələbəPlus” kartları SDU tələbələrinə də veriləcək
Sentyabrın 6-da “TələbəPlus” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universiteti(SDU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AzEdu.az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
Bildirilib ki, imzalanma mərasimində SDU və TİF nümayəndələri iştirak edib.
Universitetin rektoru dosent Rüfət Əzizov çıxış edərək Təhsilin İnkişafı Fondu ilə növbəti müqavilənin imzalandığını diqqətə çatdırıb. SDU və TİF arasında elmi-pedaqoji heyətin və təhsilalanların IELTS imtahanına təşviq edilməsi, Dayanıqlı İnkişaf Mərkəzinin yaradılması kimi əməkdaşlıqların uğurla davam etdirildiyini bildirib və Təhsilin İnkişafı Fondu tərəfindən təqdim olunan “TələbəPlus” layihəsinin tələbələr üçün geniş imtiyazlar verəcəyini qeyd edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək Fond tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edib ki, bir müddət öncə Təhsilin İnkişafı Fondu Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni “TələbəPlus” kartlarının istifadəyə verilməsi üçün memorandum imzalanıb. Kart vasitəsilə tələbələrin güzəşt və endirimlərdən yararlanmalarını təmin etməklə yanaşı, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək istiqamətində həyata keçiriləcək fəaliyyətlər barədə danışıb.
TİF-in sədri əlavə olaraq qeyd edib ki, alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə özəl güzəştlər edilməsi üçün Fond öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə edib. Bundan əlavə, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində ilkin olaraq 150 min tələbə kartının istifadəyə verilməsi planlaşdırılır. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər.
Tələbələr üçün nəzərdə tutulan bu layihənin gələcəkdə təhsil işçilərinə də tətbiq olunacağının planlaşdırıldığı qeyd olunub.
Bu bölməyə aid digər xəbərlər
MDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib
2024-09-12 08:51:50
BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb
2024-09-11 16:35:26
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb
2024-09-11 11:04:32
EY şirkəti UNEC-də tələbələr üçün təlimlər keçib
2024-09-11 10:40:39
LDU yeni tədris ilinə ürəkaçan yeniliklərlə başlayır
2024-09-11 10:22:21
ADNSU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb
2024-09-11 09:10:50
Baş nazir daha 5 universitetlə bağlı yeni qərar verdi
2024-09-11 09:07:46
ADNSU-da əməkdaşlıq əlaqələri ilə bağlı müzakirə keçirilib
2024-09-10 17:29:08
Kəndlərdə bu fənlər üzrə vakansiyalar BOŞDUR
2024-09-10 13:15:41
İllik təhsil haqları niyə artırılıb? - Rəsmi AÇIQLAMA
2024-09-10 08:48:06