Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-13 16:50:00
Marmara Universitetində  oxumaq  istəyənlərin bilməli olduğu qaydalar – Sadə şərtlər, asan proseduralar

Türkiyə Universitetləri ortaq dil, oxşar yaşam tərzi, sərfəli qiymətlər, ərazi yaxınlığı baxımından azərbaycanlı tələbələri hər zaman cəlb edib.

AzEdu.az CELT Xaricdə Təhsil  Mərkəzinə istinadən, Türkiyənin Marmara Universitetində təhsil barədə məlumatları təqdim edir:

Öncə qeyd edək ki, Marmara Universiteti Türkiyədə, İstanbulun Fatih bölgəsində yerləşən ali təhsil müəssisəsidir.

Universitetin rektoru 2014-cü ildən  M.Emin Aratdır.

3000 nəfərlik akademik heyət, 60000  tələbəyə sahib olan bu ali təhsil müəssisəsi İstanbulda yerləşən bir neçə kampusdan ibarətdir. 124 ildir ki, Türkiyədə aparıcı ali təhsil müəssisələrindən biri hesab olunur.

Burada tədrisi  ingiliscə və türkcə olan mühəndislik, tibb və stomatologiya fakültələri var. İqtisadiyyat və İdarəetmə Fakültəsində tədris 4 dildə-Türk, İngilis, Fransız və Alman dillərindədir.

Hüquq və İncəsənət sahələri üzrə təhsil də mümkündür. Əcnəbi tələbələrə həm bakalavr, həm də magistr təhsilini davam etdirmə şansı yaradılır.

Digər əcnəbi təhsil müəssisələri kimi bu universitetdə təhsil almaq üçün də dil bilgiləri tələb olunur.

Bakalavr təhsili almaq istəyən tələbələr üçün SAT, Magistr təhsili üçün Türkcə TYS (Türkcə Yeterlilik Sınavı) və ya Tömər, İngiliscə təhsil üçünsə YDS (Yabancı Dil Sınavı) və ya TOEFL tələb edilir.