Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-13 23:48:00
Azərbaycanlı alimlər Rusiya təcrübəsini öyrənir

Azərbaycan Milli Elmlər Akademiyasının alimləri elmi ezamiyyətdən dönüb. Rəsədxanadan AzEdu.az-a verilən məlumata görə, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, dosent Canməmməd Rüstəmov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunda elmi ezamiyyətdə olub.

Canməmməd Rüstəmov keçirdiyi görüşlərdə Azərbaycanda buraxılması nəzərdə tutulan nanopeyklər, P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunda fəaliyyət göstərən MASTER proqramına qoşulmaq imkanları və Volf-Raye tipli ulduzların tədqiqi ilə bağlı müzakirələr aparıb.

 

Canməmməd Rüstəmov, həmçinin Astronomiya İnstitutunun görkəmli alimləri М.Proxorov, М.Lipunov, О.Silçenko, A.Çerepaşuk ilə görüşlər keçirib, onlarla əməkdaşlıq məsələlərini müzakirə edib.