Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-14 20:51:00
Elmi Şura 2018-2019-cu tədris ilinə dair məruzələri dinlədi

Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin elmi şurasının genişləndirilmiş iclası olub. BDU-dan AzEdu.az-a verilən məlumata görə, iclasda universitetin rektoru, akademik Abel Məhərrəmov müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, Prezident İlham Əliyevin bu sahənin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.

Rektor, eyni zamanda, BDU-nun 100 illik yubileyi ərəfəsində həyata keçirilən layihələr barədə məlumat verib, iclasın gündəliyində olan məsələləri diqqətə çatdırıb.

 

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevanın 2018-2019-cu tədris ilində yay məktəbi, universitetə qəbulun nəticələri və tədrisin təşkili ilə bağlı məruzəsi dinlənilib.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə BDU-nun elmi strukturlarında attestasiyanın keçirilməsi və islahatlar, BDU-nun “SABAH” Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova “SABAH” qruplarında tədrisin təşkili barədə məlumat veriblər.

 

Sonra Şura üzvlərinin fikirləri dinlənilib, cari məsələlər müzakirə olunub.