AzEdu.az xəbər verir ki, təlimdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Aparatında sektor müdiri və inzibati icraçı vəzifələrdə çalışan 25 nəfər dövlət qulluqçusu iştirak edib.
Təlim prosesi zamanı iştirakçılara dövlət qulluqçusunun öz vəzifə borcunu qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində necə yerinə yetirməsi, subyektiv amillərə əsaslanaraq hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verilməməsi və dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına və dövlət qulluğuna ictimai etimadın artırılması, dövlət qulluğunda etik qaydaların əhəmiyyəti, etik qaydaların tətbiqi məsələləri haqqında ətraflı məlumat verilmiş, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluğunda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və s. məsələlər müzakirə olunmuşdur.
Təlim Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən aparılmışdır. Sonda isə təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.