Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 09:33:00
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ! - Hər kəs imtahan verəcəyi tarixi biləcək

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə imtahanın keçiriləcəyi yer, tarix və saat barədə müvafiq məlumatlar göndərilib.

Bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitundan AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunub ki,imtahanda iştirak edəcək namizədlərdən imtahan keçiriləcək binaya yarım saat əvvəl gəlmələri xahiş olunur. Namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələridirlər.

Xatırladaq ki, imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında keçiriləcək.