Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 14:10:00
Etibar Əhədovun 70 illik yubileyi  qeyd edilib - FOTO

LDU-da yazıçı-jurnalist  Etibar Əhədovun 70 illik yubileyi  qeyd edilib.

1997-2016-ci illərdə Lənkəran Dövlət Universitetində mətbuat və informasiya xidmətinin rəhbəri vəzifəsində çalışmış, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü, yazıçı – publisist Etibar Əhədovun 70 illk yubileyi vaxtı ilə çalışdığı  bu ali təhsil ocağında qeyd edilib.

Azedu.az xəbər verir ki, tədbiri Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  açıb və E.Əhədova  uzun  ömür, can sağlığı ,yaradıcılığında uğurlar arzu edib,  universitetdə səmərəli fəaliyyətinə görə təşəkkür  bildirib.

Filologiya  elmləri namizədi, dosent Mirhüseyn Abbas  Etibar Əhədovun keçdiyi mənalı və  şərəfli həyat yolu haqqında  danışıb, bu mənalı  ömrün maraqlı məqamlarından söz açıb.

Səmərəli fəaliyyətinə görə  Etibar Əhədov təşəkkürnamə və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

Çay stolu arxasında, səmimi keçən görüşdən məmnun qaldığını deyən Etibar Əhədov diqqətə və xoş münasibətə görə universitet rəsmisi professor Natiq İbrahimova minnətdarlıq bildirib, bu ali təhsil ocağında son illərdə bütün istiqamətlərdə böyük  işlərin görüldüyünü, doğma universitetlə daim fəxr etdiyini , LDU-nun  uğurlarına  ürəkdən sevindiyini bildirib.

Sonda xatirə şəkilləri çəkilib.