
“Bu, universitetlərimiz üçün böyük imkanlar açır. Proqrama qoşulan ali təhsil müəssisələri öz tələbkarlıqlarını nümayiş etdirməlidirlər”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov “2019-2023-cü illər üçün Azərbaycan respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na həsr olunan mətbuat konfransındakı çıxışında deyib.
O, bildirib ki, dövlət proqramına uyğun seçim meyarlarının müəyyənləşməsinə dair göstərişlər var. Təhsil Nazirliyi bu barədə işə başlayıb:
“Dövlət proqramlarının təsdiq edilməsindən bir neçə gün ötüb. Bu proqramda iştiraka dair böyük motivasiya görürük. Bir neçə gün keçməsinə baxmayaraq, müraciətlərin sayı kifayət qədər çoxdur. Bu, universitetlərimiz üçün böyük imkanlar açır. Proqrama qoşulan ali təhsil müəssisələri öz tələbkarlıqlarını nümayiş etdirməlidirlər”.