
“O, xəstəxanada elə-belə yatır, heç bir zədəsi yoxdur”
AzEdu.az xəbər verir ki, bunu 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevlə münaqişə zamanı ona xəsarət yetirən aktyor Rza Rzayev müsavat.com-un canlı yayımda bildirib.
O, 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevlə davasının təfərrüatından danışıb:
“Tural müəllim deyil. Ona müəllim adı yaraşmır. Qeyri-etik hərəkətlər edir. Bu qədər qeyri-etik hərəkət edən şəxsə müəllim demək olmaz. O keçən həftə mənim ləhcəmə lağ etdi. Bəlkə müəllim tutub ləhcəmi dəyişəcəkdim. Hadisəylə bağlı polis bölməsində ifadəmi aldılar. Həbs olunmalı deyiləm. O, xəstəxanada elə-belə yatır. Heç bir zədəsi yoxdur. Mənim peşəm artistlik olsa da, artistliyi o etdi. Mən də onun facebookdan qalan mesajları var. Məhkəməyə təqdim edəcəyəm. Barışıq olmayacaq”.
Firayə Allahverdiyeva