Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 21:51:00
Elmi jurnal gələn ilin əvvəlində çap olunacaq

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Elmi əsərlər” jurnalının ilk buraxılışının 2019-cu ildə çap olunması nəzərdə tutulur. Kitabxanadan AzEdu.az-a bildirilib ki, jurnalda kitabxana-informasiya elmi, onun tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst elektron resurslar, o cümlədən ensiklopediyalar, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.), eləcə də tarix, ədəbiyyat, incəsənət, türkologiya və dəqiq elmlər sahələrində çalışan alimlərin məqalələri dərc ediləcək. Jurnalın buraxılışı xüsusi tarixlərə və ölkə miqyaslı hadisələrə həsr olunacaq.

Məqalələr müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri göstərilməklə, Azərbaycan, ingilis və rus dillərində xülasə və açar sözlər, ədəbiyyat siyahısı daxil olmaqla 1500-4500 söz həcmində “Arial” şrifti ilə, “12” ölçüdə, sətirarası interval “1,0” ölçü, mətndaxili abzas 1 sm olmaqla təqdim edilməlidir.

 

Jurnalın redaksiya heyəti yerli və xarici kitabxana-informasiya mütəxəssislərindən formalaşdırılıb.

 

Yeni buraxılışın 1-ci sayı üçün məqalələr bu il dekabrın 10-dək [email protected], [email protected][email protected] elektron ünvanlarından birinə göndərilməlidir.