Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 10:16:00
BDU-nun tələbəsi itkin düşüb

Bakı Dövlət Universitetinin tələbəsi itkin düşüb.

AzEdu.az Open.az-a istinadən məlumat verir ki, Bakı şəhər sakini, 1985-cü il təvəllüdlü Gülmira Əbilova Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, onunla eyni ünvanda müvəqqəti yaşayan, dayısı qızı, Rusiya vətəndaşı, 1998-ci il təvəllüdlü Ayza Şahin qızı Məmmədovanın noyabrın 22-də saat 08:00 radələrində oxuduğu Bakı Dövlət Universitetinə getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, A. Məmmədova BDU-nun Jurnalistika fakültəsinin 3 kurs tələbəsidir.