
Bu gün direktorların işə qəbulu müsabiqəsinin sonuncu test imtahanı keçirilir.
AzEdu.az bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə bağlı ən çox verilən suallardan biri də budur:
-Direktorların işə qəbul imtahanından keçən şəxslər müddətli, yoxsa müddətsiz əsaslarla işə qəbul edilirlər?
Cavab:
Direktorların işə qəbulu müsabiqəsinin bütün mərhələlərindən uğurla keçənlər vəzifəyə yalnız 1 il müddətinə təyin edilirlər. Yəni, MİQ-dən fərqli olaraq, burada müddətsiz müqavilə ilə işə qəbul yoxdur. Müsabiqədən keçənlər yalnız müddətli müqavilə əsasında işə götürülürlər.
Amma 1 ilin tamamında seçilən namizədlərin göstərdiyi xidmət qiymətləndirilir. Məktəbin buraxılış nəticələri, namizədin həmin müəssisədəki fəaliyyəti-hər biri nəzərə alınır. Bu qiymətləndirmədən asılı olaraq artıq direktor olan həmin namizədlə yenidən bir il müddətində müqavilə bağlana və ya onun əmək müqaviləsi müddətsiz əsaslara keçirilə bilər.