Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 16:55:00
Bakıda Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək  

Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.

AzEdu.az xəbər verir ki, noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.

Qurultayda Təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri, təhsil ictimaiyyətinin nümayəndələri və media nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, Müəllimlərin qurultayı ənənəvi olaraq 5 ildən bir keçirilir. Qurultayda əsas olaraq "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunacaq. Bundan əlavə, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.