Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 21:39:00
Tələbələr yaşıllaşdırma aksiyasına qoşuldu

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yasamal rayonu ərazisində keçirdiyi yaşıllaşdırma aksiyasında iştirak ediblər. İnstitutdan AzEdu.az-a verilən məlumata görə, iməcilikdə ətraf mühitin yaşıllaşdırılması məqsədilə şam, küknar ağacları əkilib. İnstitutun üçüncü kurs tələbələri ərazidə abadlıq işləri görüb, yaşıllığa qulluq ediblər.

 

Aksiya yaşıllıq zolaqlarının genişləndirilməsi, rayonun ekoloji tarazlığının bərpası məqsədilə keçirilib.