
Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.
AzEdu.az xəbər verir ki, qurultayda çıxış zamanı təhsil naziri Ceyhun Bayramov aparılan təhsil islahatları ilə bağlı statistik göstəriciləri açıqlayıb.
O bildirib ki, son illərdə məktəbəhazırlığın əhatəlilik səviyyəsi əsaslı şəkildə artıb, 2020-ci ildə 90%-ə çatdırılması hədəf olaraq müəyyənləşdirilib:
“2015-ci ildə məktəbəhazırlığın əhatəlilik səviyyəsi 24%, 2016-cı ildə 55%, 2017-ci ildə 65%, 2018-ci ildə isə 75% müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında 10 minə qədər müəllim təlimə cəlb edilib.
I siniflərə qəbul artıb. Şagird sayında da artım 230 mindən çox artım müşahidə olunur”.
Nazir bildirib ki, 2013-2018-ci illərdə olimpiadalarda 131 medal qazanılıb. Beynalxalq olimpiada qalibləri istənilən ixtisas, yerli qaliblər isə bəzi ixtisaslar üzrə qəbul imtahanlndan azad ediliblər”.