
2018-11-28 13:46:00
Universitetə tələbə qəbul etdirmək adı ilə dələduzluq edən şəxs cəzalandırıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A. Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, A.Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı Faiq Muxtarovun etibarından sui-istifadə edərək biznes qurmaq, işə düzəltmək və müxtəlif vədlərlə ondan külli miqdarda pul alıb.
Bundan başqa, A. Əliyev universitetə tələbə qəbul etdirmək, işə düzəltmək, biznes qurmaq adı ilə daha beş nəfərə qarşı dələduzluq edib.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39