Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 16:19:46
Məleykə Abbaszadə 5 rayonun sakinləri ilə görüşəcək   

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

AzEdu.az xəbər verir ki, Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə şəhər, Göygöl, Samux, Daşkəsən, Gədəbəy rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul 6 dekabr, saat 10:00-da Gəncə şəhər H.Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 535) keçiriləcək..

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə regional bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, Göygöl, Samux, Daşkəsən və Gədəbəy rayon Təhsil Şöbələrində 29 noyabr –5 dekabr 2018-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.