
Rezidentura təhsilini bitirənlərin təyinatı və iş yerinə göndərilmə tarixləri artıq açıqlanıb.
Nazirlikdən AzEdu.az-a bildirilib ki, müraciət edənlər şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə bu tarixdə Səhiyyə Nazirliyinə yaxınlaşmalıdırlar.
Anesteziologiya-reanimatologiya, Ümumi cərrahiyyə, Plastik cərrahiyyə, Otorinolarinqologiya, Travmatologiya-ortopediya, Yoluxucu xəstəliklər ixtisaslarının təyinatı 27 noyabr, Onkologiya, Oftalmologiya, Mamalıq-ginekologiya, Psixiatriya, Nevrologiya, Terapiya ixtisaslarına təyinat isə 28 noyabr tarixində artıq baş tutub.
Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Uşaq cərrahiyyəsi, Kardiologiya, Nefrologiya, Qastroenterologiya, Hematologiya, Dermatovenerologiya, İmmunologiya, Allerqologiya, Revmatologiya, Endokrinologiya, Narkologiya, Ftiziatriya, Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza, Pediatriya ixtisaslarının sahibləri bu gün saat 10:00-da təyinat alacaqlar.
Sabah eyni saat isə Fizioterapiya və tibbi bərpa, Şüa diaqnostikası, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Sosial gigiyena və səhiyyənin təşkili, Mikrobiologiya, Laboratoriya işi, Epidemiologiya, Urologiya ixtisaslarının sahibləri Səhiyyə Nazirliyində olmalıdırlar.