Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-01 12:19:00
İnklüziv təhsildə müəllim səriştəsi" mövzusunda elmi-praktik konfrans işinə başladı

Dekabrın 1-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə "İnklüziv təhsildə müəllim səriştəsi" mövzusunda elmi-praktik konfrans işinə başlayıb.

AzEdu.az xəbər verir ki, institutun direktoru Vəfa Yaqublu konfrans barədə məlumat verib. Bildirilib ki, konfransın məqsədi 2017-ci ildə təsdiq olunmuş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində müəllimlərin üzərinə düşən vəzifələrin müəyyənləşdirilməsi, müzakirəsi və eləcə də bu istiqamətdə nəzəri-praktik məsələlərin öyrənilməsidir. Konfransın hədəf auditoriyası ümumtəhsil müəssisələrində işləyən müəllimlər və məktəb direktorlarıdır.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxışında inklüziv təhsilin vacibliyi və bu istiqamətdə Azərbaycanda görülən işləri diqqətə çatdırıb.

Konfrans ADA Universitetinin baş müəllimi Ülviyyə Mikayılovanın “İnklüziv təhsilin nəzəri məsələləri" mövzusunda məruzəsi ətrafında müzakirələrlə davam edib.

Xatırladaq ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.