
Direktorların işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.
Göstəricilər elə də ürəkaçan olmasa da, minimum 40% nəticə toplayanlar müsahibə mərhələsində iştirak hüququ qazanıblar.
Bu etapda namizədlərə ümumi təhsil hüququ, məktəbdaxili ən kiçik sənədlərdən, dünyagörüşündən tutmuş, onun baxış bucağını, təhlil qabiliyyətini əks etdirən suallaradək veriləcək. Müsahibələr namizədin məktəb idarəçiliyi barədə nə dərəcədə məlumatlı olduqlarını üzə çıxaracaq.
AzEdu.az müsahibə mərhələsində məktəbdaxili sənədləşmə ilə bağlı verilməsi gözlənilən sualların cavabını təqdim edir. Onlardan biri də belədir:
-Məktəbin pedaqoji sənədlərinə nələr daxildir? Hansı məktəb sənədlərini məhz təhsili idarəetmə orqanları təsdiqləyir?
Məktəbin tədris pedaqoji sənədləri şagirdin şəxsi işi, sinif jurnalı, maraq üzrə kurs məşğələlərinin jurnalı, günü uzadılmış qrup jurnalı, tam orta təhsil haqda attestat blanklarının uçotu və verilməsi kitabı, pedaqoji işçilərinin şəxsi heyətinin uçotu kitabı, məktəbin pedaqoji şurasının protokolu, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabından ibarətdir.
-Məktəbin maliyyə təsərrüfat sənədlərinə nələr daxildir?
Məktəbin maliyyə-təsərrüfat sənədlərinə bunlar daxildir:
-Məkətbin texniki pasportu;
-Əsas vəsaitlərin inventor siyahısı;
-Materialların anbar uçotu kitabı;
-Müəssisənin ehtiyacı üçün materialların verilməsi kitabı;
-İstismarda olan ucuz qiymətli və tez işlənən əşyaların hərəkətinin operativ uçotu cədvəli;
Məkətbin kitabxana fondunun sənədləri.
-Məktəbin texbiki pasportunda nələr əks olunur?
Bu sənəddə məktəb binasının tədris, təsərrüfat və digər binalarının, kommunikasiyanın xarakteristikası əks olunur. Bura su kəmərindən tutmuş, istilik sistemi, işıqlandırma, qazlaşdırma, radiolaşdırma, telefonlarşdırma və s. təchizatlaradək-hər biri daxildir.
Qeyd edək ki, müsahibə mərhələsinin dekabrda keçirləcəyi, yeni təqvim ilinədək yekunlaşacağı gözlənilir. Bu mərhələdə qaneedici cavablar verən namizədlər təyinat alacaq və ya 2 il müddətinə ehtiyat siyahıya daxil ediləcəklər.