
Direktorların işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.
Göstəricilər elə də ürəkaçan olmasa da, minimum 40% nəticə toplayanlar müsahibə mərhələsində iştirak hüququ qazanıblar.
Bu etapda namizədlərə ümumi təhsil hüququ, məktəbdaxili ən kiçik sənədlərdən, dünyagörüşündən tutmuş, onun baxış bucağını, təhlil qabiliyyətini əks etdirən suallaradək veriləcək. Bu zaman məktəbdəki ən kiçik işlərin icrasının belə hansı kadrların səlahiyyətində olması soruşulduğuna görə müsahibələr namizədin məktəb idarəçiliyi barədə nə dərəcədə məlumatlı olduğunu aşkar edir.
AzEdu.az müsahibə mərhələsində məktəbdaxili səlahiyyətlərlə bağlı verilməsi gözlənilən sualların cavabını təqdim edir:
-Məktəbdə dərs və məşğələ cədvəlləri kim tərəfindən hazırlanıb təsdiq edilir?
Cədvəlləri təlim tərbiyə işləri üzrə direktor müavini hazırlayır. Direktor isə onu təsdiq edir.
-Müəllimlərin illik və cari təqvim planları kim tərəfindən yoxlanılır və təsdiq edilir?
İllik və cari təqvim planı fənn metodisti, təlim tərbiyə işləri üzrə direktor müavini və direktor tərəfindən təsdiqlənir.
-Məktəbdə tədrisin keyfiyyətinə nəzarəti kim həyata keçirir?
Məktəbdə tədrisin keyfiyyətinə nəzarəti direktor və təlim tərbiyə işləri üzrə director müavinlləri həyata keçirir.
-Məktəblərdə tarifləşmə siyahısını kim hazırlayır?
Bu siyahını hazırlamaq məktəb direktorunun vəzifə səlahiyyətlərinə daxildir.
Qeyd edək ki, müsahibə mərhələsinin dekabrda keçirləcəyi, yeni təqvim ilinədək yekunlaşacağı gözlənilir. Bu mərhələdə qaneedici cavablar verən namizədlər təyinat alacaq və ya 2 il müddətinə ehtiyat siyahıya daxil ediləcəklər.