Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-04 13:55:00
AMEA-da Tahir Salahovun 90 illik yubileyi qeyd olunacaq

Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, professor Tahir Salahovun anadan olmasının 90 illiyinə həsr edilən elmi sessiya keçiriləcək.

AMEA-dan AzEdu.az-a bildiriblər ki, akademiyanın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə “Tahir Salahovun yaradıcılığında roman mədəniyyəti ölkələri”, “Tahir Salahovun yaradıcılığında Rusiya mövzusu”, “Tahir Salahov: rəssam və zaman” mövzularında məruzələr dinləniləcək.