
Təhsil Nazirliyindən deputatın fikirlərinə münasibət bildirilib.
Modern.az xəbər verir ki, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin son iclasında millət vəkili Şəmsəddin Hacıyev şagirdlərin, o cümlədən, müəllimlərin dərs-tədris yükü məsələsinə toxunmuş və öz narazılığını bildirmişdi.
Ancaq Təhsil Nazirliyi millət vəkilinin müəllimlərin dərs-tədris yükü ilə bağlı iradlarını və təklifini qəbul etmir.
Adıçəkilən nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov Oxu.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, bu məsələ sözügedən qanunun predmeti ola bilməz.
“Bu məsələnin qanunla hansısa bağlılığı yoxdur və ola da bilməz. Eyni zamanda, müəllimlərin dərs-tədris yükü fərqlidir. Məsələn, bəzi məktəblərdə ədəbiyyat dərsi 200 saat ola bilər, bəzisində isə 60 saat. Yəni məktəblərdəki siniflərin və şagirdlərin sayına görə bu rəqəm dəyişir. Ona görə də bu məsələnin qanunla tənzimlənməsi mümkün deyil”, - deyə A.Əhmədov əlavə edib.