
“Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi” (PETRA) layihəsi çərçivəsində yaradılmış Təlim-Tədris və Resurs Mərkəzi ingilis dili müəllimləri üçün növbəti təlimlərə başlayıb.
ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili təqaüdü proqramı (El-Fellow)” çərçivəsində ölkəmizdə çalışan mütəxəssis Emi Jupikov Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “İngilis dili dərslərində qrup işindən istifadə” mövzusunda təlim keçib.
ADPU-dan AzEdu.az-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Layihənin benefisiarları doktorantura səviyyəsində təhsil alan tələbələr, tədqiqatçılar, professor-müəllim heyətidir.