
2018-12-06 12:00:00
Müəllimlə şagird arasındakı davaya görə direktor nazirliyə çağırıldı
Xəbər verdiyimiz kimi, Bakıda 12 nömrəli Bakı Peşə Liseyində müəllimlə şagird mübahisə edib.
Araşdırma zamanı məlum olub ki, hadisə peşə liseyində 307 nömrəli qrupda təhsil alan şagird Elvin Xəlilov ilə liseyn istehsalat-təlim ustası Oktay Allahverdiyev arasında yaşanıb. Səbəb sinifdə uşaqların səs salması olub. Elvin Xəlilov iddia edib ki, mübahisə zamanı Oktay Allahverdiyev hətta onu vurub.
AzEdu.az Unikal.org-a istinadən məlumat verir ki, hadisə ölkə mətbuatında ictimailəşəndən sonra 12 nömrəli Bakı Peşə Liseyinin direktor əvəzi Şahin Bəylərov Təhsil Nazirliyinə çağırılıb.
"Bu davaya görə indi nazirliyə gedirəm. Nazirliyin balansında olan Peşə Təhsili üzrə Dövlət Agentliyinə çağrılmışam. Bizə bu barədə dünən məlumat verilib. Artıq bununla bağlı pedaqoji şuranın iclasını çağırmışıq. Dünən həm müəllimi, həm şagirdi çağırıb söhbət etdik. Məlum oldu ki, sözügedən hadisə oktyabr ayında olub. Liseyn istehsalat-təlim ustası Oktay Allahverdiyev və şagird Elvin Xəlilov hadisəni bizdən gizlədiblər. Niyə bunu rəhbərliyə deməyiblər, gizli saxlayıblar və bu indi ictimailəşib bizə də qaranlıqdır. Bu məsələlər pedaqoji şurada aydınlaşdırılacaq. Dünən həmin şagirdin valideynini də liseyə dəvət etmişdik. O da bildirdi ki, bu davadan xəbərsizdirlər".
Bu bölməyə aid digər xəbərlər
4 məktəb, 5 bağça müdiri işdən ÇIXARILDI
2024-05-30 08:30:33
9-cu sinif şagirdi 30 yaşlı kişi ilə evləndirilir? - Polis hərəkətə keçdi
2024-05-25 09:19:00
Direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir
2024-03-29 17:35:39
Məntiq dərsinin məktəblərdə tədrisi niyə vacibdir? - ŞƏRH
2024-03-23 10:05:00
Şagirdləri tətil müddətində dərslə yükləmək doğru deyil
2024-03-19 16:00:49
Azərbaycanda altıncı sinif şagirdi vəfat etdi- FOTO
2024-03-18 10:12:01
Kim gəldi ekspertlik edir, cəzasını təhsil, xalq çəkir...
2024-03-11 16:06:00
65 yaşında müəllimi çıxarırıq, sonra da kadr axtarırıq…
2024-02-27 14:11:14
DİN: Məktəbli qızın qeyri-etik davranışına dair görüntülər araşdırılır
2024-02-19 23:48:00
Bağçada səs yazısı yayılıb: Təsərrüfat müdiri işdən çıxarıldı - YENİLƏNİB
2024-02-14 19:40:00