Namizədlər aşağıdakı tələblərə uyğun olmalıdırlar:
- Riyaziyyat, informatika və ya fizika istiqamətli ixtisaslardan biri üzrə ali təhsili olmalı;
- .NET platformasına daxil olan proqramlaşdırma dillərindən ən azı birini bilməli;
- İngilis dilini yaxşı səviyyədə bilməli;
- Microsoft Office proqramlarında yaxşı səviyyədə işləməyi bacarmalıdır.
Riyazi və analitik bacarıqları yüksək olanlara, İKT sahəsi üzrə hər hansı layihələrdə tətbiqi proqramın hazırlanmasında yaxından iştirak edən, riyazi statistik metodlarla işləməyi bacaran şəxslərə üstünlük verilir.
Qeyd edək ki, işə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.