
2018-12-11 13:40:00
BDU-da anım mərasimi keçirildi - FOTO
Bakı Dövlət Universitetində (BDU) milli lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən AzEdu.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstəsi qoyublar.
Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva Heydər Əliyevin xidmətlərindən danışıb, onun müəyyənləşdiridiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev və Tarix fakültəsinin 2-ci kurs tələbəsi Əli Babazadə tədbirdə çıxış ediblər. Tədbir Heydər Əliyevin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.
Qeyd edək ki, tədbirdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov iştirak və çıxış etməyib. A. Məhərrəmov hazırda da hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvüdür.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39